“Artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub, bu, elə bir razılaşmadır ki, reallıqdan da artıqdır”.
Turkustan.az xəbər verir ki, bunu parlamentdəki Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan parlamentdə çıxışında deyib.
Fraksiya rəhbəri bunun avqustun 8-də avqustda Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalarla mümkün olduğunu, amma Ermənistan müxalifətinin buna qarşı çıxdığını bildirib:
“Əgər müxalifətin yay tətilini necə keçirdiyi ilə maraqlanırsınızsa, uzun müddət düşünməyə ehtiyac yoxdur, çünki biz həmkarlarımızın yeni heç nə öyrənmədiyini gördük. Yenə həminki köhnə mətnləri səsləndirirlər.
Müxalifətin bu köhnə mətnləri Vaşinqtonda 8 avqust hadisələrindən sonra tam iflasa uğradı.
Əgər 8 avqust olmasaydı, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi və bəyannamə paraflanmazdı. Bu gün Ermənistanda və regionda sülh bərqərar olub, bu da reallıqdan da artıqdır”. /Teleqraf/