Suriya yeni rəhbərliyi ölkənin bərpası üçün böyük addım atıb.
Turkustan.az Milli.az-a istinadən xəbər verir ki, Dəməşq Sitadelində keçirilən tədbirdə Prezident Əhməd əş-Şara Suriya İnkişaf Fondunu təqdim edib. Tədbirdə 61 milyon dollar həcmində vəsait vəd olunub.
Yığım kampaniyasının diqqət mərkəzində isə devrilmiş lider Bəşər Əsədə məxsus dəbdəbəli avtomobillər olub. Onun kolleksiyasından 4 maşın, o cümlədən nadir “Ferrari F50” simvolik olaraq hərraca çıxarılıb.
Avtomobillərin satışından əldə edilən gəlirin müharibədən dağılan ölkənin yenidən qurulmasına sərf ediləcəyi bildirilib.