Putin Azərbaycanla münasibətlərdən danışdı: "Hər şeyi öz yerinə qoyacağıq"


Rusiya Prezidenti Vladimir Putin Moskva-Bakı münasibətlərinin mövcud vəziyyətindən danışıb.

Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Rusiya ilə Azərbaycan arasında münasibətlərdə problemlərin olduğunu bildirib.

Rusiya lideri qeyd edib ki, Çində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ilə salamlaşıb, bir neçə kəlmə danışıb:

“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya siyasi konyunkturaya əsaslanan suallar yaranır. Problemlər var. Biz bu gün Prezident Əliyevlə salamlaşdıq, iki-üç kəlmə söhbət etdik”.

Putin hesab edir ki, Azərbaycan və Rusiya arasında fundamental əlaqələr və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq.


MANŞET XƏBƏRLƏRİ