Paşinyan arvadını Pekində qoydu — SƏBƏB


Ermənistanın Baş naziri Nikol Paşinyan Çindən Yaponiyaya gedib.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, erməni mediası onun Yaponiyaya tək getdiyini yazıb.

Bildirilib ki, o, Çinə həyat yoldaşı və qızı ilə getmişdi.

Tokioya səfər çərçivəsində Paşinyanın yapon həmkarı ilə görüşü gözlənilir.

Sentyabrın 5-də Ermənistanın baş naziri Osakada “Expo 2025” sərgisi çərçivəsində keçiriləcək Ermənistanın Milli Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Paşinyan Çində keçirilən ŞƏT toplantısında və paradda iştirak edib.


MANŞET XƏBƏRLƏRİ