Dünya liderləri neçə dildə danışmağı bacarır? - SİYAHI + VİDEO


Dünya siyasətində dillərin rolu danılmazdır. Xarici dilləri bilmək liderlərə həm diplomatik danışıqlarda üstünlük qazandırır, həm də beynəlxalq münasibətlərdə daha çevik mövqe tutmağa imkan yaradır. Maraqlıdır ki, bəzi dövlət başçıları yalnız ana dilləri ilə kifayətləndikləri halda, digərləri beş və ya altı dildə sərbəst ünsiyyət qura bilirlər.

Turkustan.az dünya liderlərinin dillərə yiyələnmə səviyyəsinə nəzər salaraq ən çox dil bilən dövlət başçılarının reytinqini təqdim edir.

1. Prabovo Subianto – İndoneziya — 6 dil;

2. Qasım-Comart Tokayev – Qazaxıstan — 6 dil;

3. İlham Əliyev – Azərbaycan — 5 dil;

4. Joao Lourenço – Anqola — 5 dil;

5. Andrey Plenkoviç – Xorvatiya — 5 dil;

6. Ismail Omar Quelleh – Cibuti — 5 dil;

7. Umaro Sissoco Embalo – Qvineya-Bisau — 5 dil;

8. Miloyko Spayic – Monteneqro — 5 dil;

9. Edi Rama – Albaniya — 4 dil;

10. Xavier Espot Zamora – Andorra — 4 dil.

Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üç dil bilirtürk, ərəb və ingilis. Ukrayna Prezidenti Volodimir Zelenski də üç dilukrayna, rus və ingiliscə danışa bilir. Rusiya Prezidenti Vladimir Putinin ana dili rus dilidir, o, həmçinin alman və ingilis dillərində də danışa bilir. İranın ali dini lideri Seyid Əli Xamenei isə fars və ərəb dillərində danışmağı bacarır. Çin lideri Si Cinpinin isə ana dili olan çin dili ilə yanaşı, həm də ingilis dilini bilir. ABŞ Prezidenti Donald Tramp isə yalnız ingilis dilində danışır.


MANŞET XƏBƏRLƏRİ