Mikrofonu bağlamağı unutdu, hamı Putinin nə danışdığını eşitdi


Pekində keçirilən hərbi parad zamanı maraqlı hadisə qeydə alınıb: açıq qalan mikrofon Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Cinpinin şəxsi söhbətini ətrafa yayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İki lider insan ömrü və biotexnologiyanın inkişafı mövzularına toxunub. Si bu mövzuda deyib ki, müasir dünyada insanlar keçmişlə müqayisədə xeyli uzun yaşayır və gələcəkdə 150 ​​ilədək ömür uzunluğuna nail olmaq mümkündür.

Putin, öz növbəsində, biotexnologiyanın rolunu vurğulayaraq, onun vasitəsilə insan orqanlarını daim dəyişdirmək, nəzəri cəhətdən hətta ölümsüzlük ideyasına nail olmağın mümkün olacağını söyləyib.

Qeyd edək ki, hazırda hər iki liderin 72 yaşı var və onların heç biri mümkün varisinin adını açıqlamayıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ