“Mən nəvələrimi böyütməklə, onları “Artsax”ı azad etməyə hazırlamaqla məşğulam”.
Turkustan.az “Hraparak”-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general Movses Akopyan deyib.
“Mənim oğlum yox idi, kürəkən də böyütmək mümkün deyil, “Artsax”ı azad etmək üçün nəvə böyüdürəm”,-deyə o bildirib.
Azərbaycan Odusunun işğaldan azad etdiyi Qarabağı hələ də “Artsax” adlandırmaq cəsarəti göstərən bu sabiq nazir odu sönürüb külü ilə oynayanlardandır. O, özü inanmasa da, bildirir ki, Qarabağı yenidən işğal etmələri mümkündür:
"İnsanda olan istək onu inanılmaz hərəkətlərə sövq edə bilər". /Cebheinfo.az/