Ukrayna müharibəsində süni intellekt: Dronlar artıq qərar verir


Ukrayna Müharibəsi dron texnologiyasının müasir dövrdə müharibənin aparılması üsulunu necə dəyişdirə biləcəyini nümayiş etdirməyə davam edir.

Turkustan.az xəbər verir ki, FPV kamikadze dronları ilə yanaşı pilotsuz dəniz vasitələri (UCV) dənizdə avtonom sistemlərin istifadəsi baxımından böyük yeniliklər yaratdı, ABŞ mətbuatı isə pilotsuz təyyarələrin süni intellektlə dəstəklənməyə başladığını bildirdi.

Wall Street Journal-ın (WSJ) məlumatına görə Ukraynanın istifadə etdiyi süni intellektlə dəstəklənən pilotsuz təyyarələr son günlər Rusiyanın mövqelərinə edilən hücumlardan birinin dəqiq vaxtını müəyyənləşdirib.

Çox sayda istifadə oluna bildiyi və hədəfi “sürü” kimi hədəfə aldığı bildirilən pilotsuz uçan aparatların operatordan asılı olmayaraq öz aralarında əlaqə qura və qərarlar verə bildiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ