Putin və Kim Çində görüşdü: Şimali Koreya ilə müttəfiqlik güclənir


Putin və Kim Çen In Çində görüşdü.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə Çinin paytaxtı Pekində keçirilən rəsmi tədbirlər çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşüb.

Kreml tərəfindən verilən məlumata görə, görüş Pekində təşkil olunan qala-ziyafətdən sonra baş tutub. Putin görüş yerinə, daha əvvəl Kimə hədiyyə etdiyi Rusiya istehsalı olan "Aurus" markalı zirehli idarə avtomobili ilə yollanıb.

Görüşün əvvəlində çıxış edən Putin, yubiley tədbirlərinin Rusiya və Şimali Koreya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Çünki ölkələrimiz nasizm, faşizm və militarizmə qarşı birgə mübarizədə iştirak edib.”

O, Rusiya ilə Şimali Koreya arasında münasibətlərin son dövrlərdə “xüsusi, etibarlı, dostluq və müttəfiq” xarakter aldığını qeyd edib. Putin, ölkələr arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə istinad edərək bildirib:

“Sizin təşəbbüsünüzlə yeni müqaviləmizə uyğun olaraq xüsusi təyinatlı dəstələriniz Kursk vilayətinin azad edilməsində iştirak edib. Əsgərlərinizin cəsarət və qəhrəmanlıqla döyüşdüyünü xüsusilə vurğulamaq istəyirəm. Biz nə rus xalqı, nə də mən, bu fədakarlığı heç vaxt unutmayacağıq.”

Putin həmçinin Kim Çen In və Şimali Koreya ordusuna müasir neonasizmə qarşı birgə mübarizəyə verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ