Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bannu rayonunda sərhədçiyə məxsus hərbi obyektə bomba yüklü avtomobillə hücum edilib.
Turkustan.az xəbər verir ki, polis rəsmilərinin verdiyi məlumata görə, hücumdan sonra ərazidə silsilə güclü partlayış və silah səsləri eşidilib.
Hücumçuların hərbi obyektə sızdığı bildirilərkən, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və əməliyyatın davam etdiyi bildirilir.
Bildirilib ki, sərhəd qüvvələrinə bağlı obyektin ətrafı təhlükəsizlik səbəbilə bağlanıb və insanlar evlərində qalmağa çağırılıb.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra avtomobilin hissələri Kohat yoluna səpələnib.
Pakistan ordusundan verilən açıqlamaya görə, hücum edənlərlə toqquşma nəticəsində 6 əsgər həyatını itirib, 5 hücumçu isə zərərsizləşdirilib.
Hadisə zamanı 3 mülki şəxs də yaralanıb.
Aytən Yaşar/ Turkustan.az