Prezident Donald Trampın Rusiya lideri Vladimir Putinin ondan “çox məyus olduğunu” və Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In-ın ABŞ-a qarşı sui-qəsd planlaşdırdıqları ilə bağlı iddiası Tramp və Putin arasındakı isti münasibətlərə kölgə salıb.
Turkustan.az xəbər verir ki, Kreml bu gün açıqlama yayaraq bildirib ki, prezident Vladimir Putin Çin lideri Si Cinpin və Şimali Koreya lideri Kim Çen In ilə birlikdə ABŞ-a qarşı hər hansı sui-qəsd planlaşdırmayıb. Rusiya tərəfi Trampın bu sözlərinə ironiya ilə yanaşıb.
Kremlin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov Rusiya dövlət televiziyasına açıqlamasında bu məsələ ilə bağlı sualı cavablandıraraq deyib:
“Tramp bəlkə də ironik danışıb. Demək istəyirəm ki, heç kim heç bir sui-qəsd planlaşdırmayıb”.
Uşakovun bu sözləri Kremlin iddianı ciddiyə almadığını və məsələni yumorla qarşıladığını göstərir.
Aytən Yaşar/ Turkustan.az