Litva prezidenti Gitanas Nauseda, həyat yoldaşı və nümayəndə heyətini daşıyan təyyarə Vilnüsə planlaşdırılandan gec enib.
Turkustan.az xəbər verir ki, bu, hava limanı yaxınlığında aşkar edilən pilotsuz uçuş aparatı səbəbindən baş verib.
Təyyarə təxminən yarım saat Litvanın paytaxtı üzərində dövrə vurmalı olub. LRT xəbər verir ki, Liepkalnis rayonu üzərində pilotsuz təyyarə ilə bağlı məlumat Litvanın aviasiya təhlükəsizliyi xidmətinə daxil olub.
Qeyd edilir ki, Nauseda basketbol üzrə Avropa çempionatının keçirildiyi Helsinkidən geri qayıdırmış. /Musavat.com/