Çin tarixinin ən böyük hərbi paradı: Pekin Qərbə mesaj verdi - FOTOLAR


Çin sentyabrın 3-də İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi münasibətilə tarixinin ən böyük hərbi paradını keçirib.

Turkustan.az-ın məlumatına görə, Pekinin Tiananmen meydanında təşkil olunan tədbir ölkənin hərbi qüdrətinin nümayişi kimi qiymətləndirilib.

Çin, Rusiya və Şimali Koreya liderlərinin tədbirdə birgə iştirakı xüsusi diqqət çəkib. Çin lideri Si Cinpin çıxışında bəşəriyyətin “sülh və ya müharibə arasında seçim qarşısında” olduğunu bildirib və ölkəsinin həmişə dünya sülhünün tərəfdarı kimi qalacağını vurğulayıb. Tədbirdə Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, habelə Asiya, Afrika və postsovet məkanından onlarla dövlət başçısı iştirak edib.

Paradda Çin ordusunun ən müasir texnologiyaları nümayiş etdirilib. İlk dəfə olaraq kiber və informasiya dəstəyi qüvvələrinin bölmələri meydanda hərbi kolonlarla keçid ediblər. Eyni zamanda hava hücumundan müdafiə sahəsində altı yeni raket kompleksi təqdim olunub. Onların arasında HQ-19, HQ-12 və HQ-29 raketləri xüsusi diqqət çəkib.

Dəniz bazalı pilotsuz döyüş texnikaları - sürətli katerlər, sualtı aparatlarla yanaşı, gəmi bazalı pilotsuz helikopterlər, minalama sistemləri və kəşfiyyat-zərbə dronları nümayiş etdirilib. Həmçinin müasir tanklar hesab edilən “Tip 100” və onları müşayiət edən dəstək maşınları ilk dəfə ictimaiyyətə göstərilib. Bu texnika süni intellekt elementləri və yüksək səviyyədə qarşılıqlı fəaliyyət imkanları ilə fərqlənir.

Çinin strateji qüvvələri də ayrıca nümayiş olunub. İlk dəfə olaraq nüvə başlıqları daşıyan raket kolonları parad meydanında görünüb. Onların sırasında “Julanq-1” hava bazalı raketləri, “Julanq-3” sualtı qayıqlardan buraxılan qitələrarası ballistik raketlər, “Dongfeng-61” və “Dongfeng-31” tipli qitələrarası yerüstü raketlər olub. Pekin həmçinin DF-5C strateji raketini nümayiş etdirib. Bu silah “planetar əhatə dairəsinə malik” kimi təqdim olunub və Çinin əsas çəkindirmə vasitəsi hesab edilir.

Əlavə olaraq YJ-15 hipersəsli gəmi əleyhinə raketlər, AJX-002 tipli pilotsuz sualtı aparatları, müxtəlif tipli PUA-lar, torpedolar və “robot canavarlar” da nümayiş olunub. Paradın simvolik məqamları arasında yeddi J-10 qırıcısının 14 rəngli tüstü zolağı buraxaraq uçuşu, 80 min göyərçinin buraxılması və min nəfərlik orkestrin ifası olub.

1458964

Yaponiya rəsmi nümayəndə göndərməsə də, sabiq baş nazir Yukio Hatojama şəxsi qaydada iştirak edib. Tokio Pekinlə “qarşılıqlı faydalı münasibətlərin” inkişaf etdirildiyini bəyan edib. ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Si, Putin və Kimi ABŞ-a qarşı “gizli ittifaq” qurmaqda ittiham edib. Analitiklər hesab edir ki, hərbi parad Pekin, Moskva və Pxenyanın Qərbə qarşı birlik mesajı kimi yadda qaldı.

1458959

1458958

1458960

1458962

1458963

1458965

1458966

1458967

1458968

1458969

1458970

1458971

1458972

1458973

1458975

1458976

/Modern.az


MANŞET XƏBƏRLƏRİ