ABŞ və Venesuela arasında gərginliyin artdığı bir vaxtda ABŞ dövlət katibi Marko Rubio Venesueladan yola düşən narkotik gəmisini vurduqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rubio X hesabı vasitəsilə açıqlama verib.
Sözügedən qayığın Karib dənizinin cənubunda vurulduğunu bildirən ABŞ dövlət katibi qayığın narkotik-terror təşkilatı tərəfindən idarə edildiyini bildirib.
ABŞ prezidenti Donald Tramp da Oval kabinetdəki çıxışında narkotik daşıyan gəmini vurduqlarını açıqlayıb.
Donald Tramp ABŞ-ın xarici terror təşkilatları siyahısında yer alan Tren de Aragua adlı təşkilatın hədəf alındığını və bu təşkilatın Venesuela prezidenti Nikolas Maduronun nəzarətində olduğunu bildirib.
Tramp Nikolas Maduronu kütləvi qətl və narkotik ticarəti də daxil olmaqla cinayətlərdə ittiham edib.
Aytən Yaşar/ Turkustan.az