Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya lideri Vladimir Putinlə görüşündə onun ölkəsinə səfərini gözlədiyini bildirib.
Turkustan.az xəbər verir ki, o, bununla bağlı əvvəlki təklifinin qüvvədə qaldığını söyləyib.
“Mənim dəvətim qüvvədə qalır. Sizi ən qısa zamanda ölkəmizdə salamlamağı səbirsizliklə gözləyirik. Bizim etimada əsaslanan səmimi münasibətlərimiz var. Münasibətlərimiz mövcud şəraitdən təsirlənmədən inkişaf edir”, - Ərdoğan qeyd edib./teleqraf