Tramp ölüm hökmünün siqnalını verdi: "Mən diktator deyiləm"


ABŞ Prezidenti Donald Tramp Vaşinqton şəhərində cinayətkarlığa qarşı daha sərt tədbirlər görüləcəyini bəyan edib.

Turkustan.az xəbər verir ki, paytaxtda qətl törədənlər üçün ölüm cəzası tələb ediləcəyini bildirib.

Tramp bu açıqlamanı Ağ Evdə üç saatdan çox davam edən kabinet iclasından sonra verib. O, Vaşinqtonda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və bunun nəticəsində cinayət nisbətinin nəzərəçarpacaq dərəcədə azaldığını bildirib.

“Xüsusilə son iki həftə ərzində paytaxtda heç bir qətl hadisəsinin baş verməməsi ilə fəxr edirik. Əgər kimsə Vaşinqtonda birini öldürərsə, biz onun üçün ölüm cəzası tələb edəcəyik”, – deyə Tramp vurğulayıb.

Prezident qeyd edib ki, ölüm hökmü ilə bağlı hüquqi səlahiyyətlər ştatlara aid olsa da, Vaşinqton üçün bu istiqamətdə hansı addımların atıla biləcəyini araşdırırlar.

Tramp əlavə edib ki, ölkə daxilində cinayətlə mübarizə məqsədilə daha sərt tədbirlər planlaşdırılır: “Mən diktator deyiləm, sadəcə, cinayətə qarşı necə mübarizə aparmağı bilirəm”, – deyə, o bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ