Fransa ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağırdı


Fransa Kuşnerin məktubuna sərt reaksiya verdi.

Turkustan.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Parisdəki səfiri Denise Kuşnerin Prezident Emmanuel Makrona ünvanladığı məktuba sərt cavab verib.

Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, Kuşner məktubda Fransada antisemitizm aktlarının artmasından narahatlığını ifadə edib və ölkə hakimiyyətini bu hallarla mübarizədə yetərli tədbirlər görməməkdə ittiham edib.

Fransa tərəfi bu iddiaları “qəbuledilməz” adlandırıb və “Fransa bu iddiaları qətiyyətlə rədd edir” ifadəsini işlədib.

Nazirliyin bəyanatında vurğulanıb ki, səfir Kuşnerin bu cür ifadələri 1961-ci il Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasına ziddir, çünki bu konvensiya ölkələrin daxili işlərinə qarışmamaq prinsipini təsbit edir.

Açıqlamada həmçinin qeyd olunur:
“Bu cür ittihamlar Fransa ilə ABŞ arasındakı transatlantik əməkdaşlıq ruhuna uyğun gəlmir və tərəflər arasında etimadı sarsıda bilər”.

Fransa Xarici İşlər Nazirliyi ABŞ səfiri Denise Kuşnerin məsələyə aydınlıq gətirməsi üçün nazirliyə çağırıldığını da bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ