İsrailin Qəzzaya hücumları can almaqda davam edir.
Turkustan.az xəbər verir ki, bölgənin ən böyük tibb mərkəzlərindən biri olan Nasserə Kamikadze pilotsuz uçan aparatla həyata keçirildiyi bildirilən hücum kameraya düşüb.
Fələstin dövlət televiziyasının operatoru və jurnalisti Husam əl-Masri, Əl-Cəzirə operatoru və jurnalisti Məhəmməd Səlama və jurnalist Məryəm Əbu Dakka İsrailin Nasser xəstəxanasına təkrar hücumları nəticəsində həlak olublar. İsrail ordusu hücumlarla bağlı hələlik açıqlama verməyib.
Qəzzada aylardır davam edən blokada səbəbiylə aclığın dərinləşdiyi bir vaxtda son 24 saatda ikisi uşaq olmaqla 11 nəfərin aclıqdan öldüyü bildirilir. Beynəlxalq təşkilatlar hücumların və blokadanın mülki əhaliyə təsirinin getdikcə ağırlaşdığını vurğulayır.
İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran sıx blokada altında Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena məhsulları çatışmazlığı ilə humanitar fəlakət yaşayır. Qəzza zolağında xüsusilə uşaqlar arasında aclıqdan ölüm halları artır. Yerli və beynəlxalq dairələr İsraili “aclıq və susuzluqdan silah kimi istifadə etməkdə” ittiham edirlər. Mülki infrastruktur daxil olmaqla Qəzzanın 88%-ni də məhv edən İsrail ordusu, tez-tez deportasiya əmrləri ilə yurdlarından didərgin düşmüş fələstinliləri yerləşdikləri bölgələrdə hədəf alır.
Aytən Yaşar/ Turkustan.az