Pakistanda təsirli musson yağışları nəticəsində 785 nəfər həyatını itirib.
Turkustan.az xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi Agentliyi (NDMA) ölkə daxilində leysan yağışlar nəticəsində ölənlərin sayının 785-ə yüksəldiyini, 978 nəfərin isə yaralandığını açıqlayıb.
İki aya yaxındır davam edən yağışlar daşqınlara, sürüşmələrə və çökmələrə səbəb olub, evlərə və infrastruktura ziyan vurub.
Yağış nəticəsində ümumilikdə 3526 evə ziyan dəyib, onlardan 577-nin tamamilə dağıldığı bildirilir. Səlahiyyətlilər riskli ərazilərin sakinlərini lazımi ehtiyat tədbirləri görməyə çağırıb.
Aytən Yaşar/ Turkustan.az