Ahlatda kritik zirvə! Milyonları maraqlandıran bir məsələ masadadır


Prezident Ərdoğan Malazgirt zəfərinin ildönümünü Ahlatda qeyd edəcək.

Turkustan.az xəbər verir ki, Ərdoğan bu gün Malazgirt zəfərinin 954-cü ildönümü münasibətilə Bitlisin Ahlat bölgəsində olacaq.

Prezidentin səfəri çərçivəsində Nazirlər Kabinetinin iclası da Ahlatda keçiriləcək. İclasın gündəmində “Terrordan azad Türkiyə” prosesi, Qəzzada davam edən humanitar böhran və dövlət qulluqçularının maaş artımı kimi əsas mövzular yer alacaq.

Qeyd edək ki, Nazirlər Kabineti ötən il də eyni tarixdə Ahlatda toplanmışdı. Bu, son 21 ildə Ankaradan kənarda keçirilən ilk kabinet iclası idi. AKP iqtidarı dövründə isə yalnız bir dəfə — 2003-cü ildə Sivas Konqresinin 84-cü ildönümündə Nazirlər Kabineti Sivasda toplanmışdı və həmin iclasda əsasən Sivasın problemləri müzakirə edilmişdi.

Ərdoğanın proqramı ilə bağlı açıqlama verən Prezident Administrasiyasının Kommunikasiya Direktoru Burhanəddin Duran bildirib:
“Prezidentimizin də vurğuladığı kimi, əcdadlarımızın yolu ilə davam edəcəyik, min illik qardaşlığımızı qoruyacağıq. Anadolunu bizə vətən edən bütün qəhrəmanlarımızı, şəhidlərimizi, qazilərimizi və könül sultanlarımızı rəhmət və ehtiramla yad edirik.”

Ərdoğanın səfəri çərçivəsində çərşənbə axşamı Malazgirt Döyüşü Tarixi Milli Parkında vətəndaşlarla bir araya gələcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ