PUA Kursk Atom Stansiyasını hədəf aldı: Yanğın başladı


Kursk AES-ə PUA hücumu nəticəsində yanğın baş verib, radiasiya səviyyəsi normaldır.

Turkustan.az xəbər verir ki, Rusiyanın Kursk vilayətində yerləşən Kursk Atom Elektrik Stansiyası (AES) ərazisinə hücuma hazırlaşan pilotsuz uçuş aparatının (PUA) vurulması nəticəsində yanğın baş verib. Lakin hadisədən sonra aparılan ölçmələr nəticəsində radiasiya səviyyəsinin normadan artıq olmadığı bildirilib.

Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarını Müdafiə Xidməti (Rospotrebnadzor) tərəfindən yayılan yazılı açıqlamada qeyd olunub ki, hadisə zamanı stansiyanın transformatoru yanıb. Açıqlamada vurğulanıb:
"Kursk Atom Elektrik Stansiyası və onun ətraf ərazilərində hər iki saatdan bir radiasiya ölçmələri aparılır. Nəticələrə əsasən, radiasiya səviyyəsində normadan kənar hər hansı dəyişiklik müşahidə edilməyib".

Kursk vilayətinin qubernator müavini Aleksandr Xinşteyn də məsələ ilə bağlı açıqlama verərək hücuma reaksiya bildirib. Hadisənin təfərrüatları və təhqiqat işləri davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ