Zamir: Məhbusların həyatı indi Netanyahunun əlindədir


İsrail Baş Qərargah rəisi Eyal Zamirin baş nazir Benyamin Netanyahudan Qəzzada müzakirə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasını "dərhal qəbul etməsini" xahiş etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrail Kanal 13-ün məlumatına görə, Zamir Hayfadakı dəniz bazasına səfəri zamanı Netanyahuya Misir və Qətərin təklif etdiyi razılaşmanın imzalanmasına dair mesaj verib.

Baş Qərargah rəisi Zamir İsrail ordusunun razılaşma üçün lazımi şərtləri yerdə yerinə yetirdiyini iddia edib.

Zamirin "Masada sövdələşmə var" deyib. "Bu, Vitkoffun təqdim etdiyi sazişin yenilənmiş layihəsidir. Qəbul edilməlidir. İsrail ordusu məhbusların dəyişdirilməsi ilə bağlı razılaşmanın şərtlərini yerinə yetirib və indi bu, Netanyahunun əlindədir. Qəzza şəhərinin işğalı zamanı məhbusların həyatı böyük risk altında olacaq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ