Buna nəzarət etsəydik, müharibə 7 ay əvvəl bitərdi - Vens


Rusiyaya qarşı sanksiyalar çətin ki, Ukraynada atəşkəslə nəticələnsin. Kreml öz strateji səbəblərinə görə bilərəkdən hərbi əməliyyatları davam etdirir.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.

"Sanksiyalar qətiliklə atəşkəsə gətirib çıxarmayacaq. Ruslar atəşkəs istəmir, bunun üçün mürəkkəb səbəblər var", - Vens deyib.

O bildirib ki, ABŞ, əlbəttə ki, atəşkəs tərəfdarıdır, lakin rusların etdiklərinə nəzarət etmir:

"Biz buna nəzarət etsəydik, müharibə 7 ay əvvəl bitəcəkdi. Lakin prezidentin (Donald Tramp - red.) hələ də təzyiq göstərmək üçün çoxlu kartları var".,axar.az


MANŞET XƏBƏRLƏRİ