Ərdoğan Zelenski ilə danışdı: Ev sahibliyinə hazırıq


Prezident Ərdoğan və Ukrayna lideri Zelenski arasında telefon danışığı olub. Ərdoğan "Liderlər səviyyəsində görüş keçirməyə hazırıq" mesajını verib.

Turkustan.az xəbər verir ki, cümə günü ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında ABŞ-ın Alyaska ştatında kritik zirvə görüşündən əvvəl prezident Ərdoğan Ukrayna lideri Zelenski ilə telefon danışığı aparıb.

Görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan İstanbulda birbaşa Ukrayna-Rusiya danışıqlarında əldə olunan irəliləyişə görə təşəkkürünü bildirib və davamlı sülhə gedən yolda növbəti raundlarda atəşkəslə bağlı mənalı nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.

Türkiyənin liderlər səviyyəsində zirvə toplantısına ev sahibliyi etməyə hazır olduğunu və hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılmasının zirvəyə yol açacağına inandıqlarını ifadə edən Ərdoğan, "Türkiyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edir" mesajını verdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ