Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Komi Respublikası ərazisini hədəfə alıb. Bu bölgə Ukraynadan təxminən 2000 kilometr uzaqlıqda yerləşir ki, bu da indiyədək qeydə alınan ən uzaq məsafəli PUA hücumu kimi tarixə düşür.
Turkustan.az xəbər verir ki, hadisə barədə yerli mənbələr məlumat yayıb.
Bildirilir ki, Komi Respublikasının Uxta şəhəri üzərində naməlum PUA-lar müşahidə edilib.
Şəhər sakinləri gecə saatlarında bir neçə partlayış səsini eşidiblər.
Uxtada fəaliyyət göstərən fövqəladə xəbərdarlıq sistemi işə salınıb, ictimai yerlərdəki səsgücləndiricilər vasitəsilə əhalinin diqqətinə pilotsuz aparat təhlükəsi barədə elanlar çatdırılıb.
Bu hücum həm coğrafi məsafə baxımından, həm də Rusiyanın dərin arxa bölgələrinə yönəlməsi ilə diqqət çəkir. Analitiklər hesab edirlər ki, belə zərbələr Rusiya hərbi infrastrukturunun artıq cəbhədən min kilometrlərlə uzaqda belə toxunulmaz olmadığını göstərir.
/Bizim.Media/