Şəmkirdə ağır yol qəzası baş verib.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
Məlumata görə, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.
Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir.
***
Şəmkirdə ağır qəzada ölənləri adları məlum olub.
Məlumata görə, ölənlərin 4-ü kişi, 3-ü qadındır:
- 1992-ci il təvəllüdlü Şadət Bayramov,
- 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,
- 1977-ci il təvəllüdlü Aydın Pənahov,
- 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,
- 2008-ci il təvəllüdlü Kənan Məmmədov,
- 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova
- 1966-ci il təvəllüdlü Arif Bağırov.