Pakistan Xarici İşlər Nazirliyinin X hesabında yaydığı bəyanatda deyilir: "Pakistan vətəndaşlarının Ukraynadakı münaqişədə iştirakı ilə bağlı əsassız iddialar qəti şəkildə rədd edilir".
Turkustan.az xəbər verir ki, bəyanatda həmçinin Ukrayna rəsmilərinin məsələni müzakirə etmək üçün heç bir rəsmi əlaqə saxlamadığı və Ukrayna rəsmilərinin iddianı dəstəkləmək üçün heç bir sübut təqdim etmədiyi bildirilib.
Bəyanatda iddiaların Ukrayna rəsmiləri ilə müzakirə ediləcəyi və bu məsələ ilə bağlı izahat istəniləcəyi qeyd edilib və əlavə edilib: “Pakistan Ukraynadakı münaqişənin BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq dialoq və diplomatiya yolu ilə sülh yolu ilə həllinə sadiqliyini bir daha bəyan edir”.
Dünən Xarkov vilayətində cəbhəçilərə baş çəkən Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkənin şimal-şərqindəki qoşunlar Rusiyanın Çin, Pakistan və Özbəkistan kimi ölkələrdən gətirdiyi “xarici muzdlulara” qarşı döyüşür.
"Bu cəbhədəki əsgərlərimiz müharibədə Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika ölkələrindən muzdluların iştirak etdiyini bildirir. Biz buna cavab verəcəyik", - deyə, Zelenski bildirib.
Aytən Yaşar/ Turkustan.az