Keçmiş prezident sorğudan yayındı: Məhkəmə zorla gətirməyə icazə verdi


Cənubi Koreyada məhkəmə hərbi vəziyyətlə bağlı istintaq altında olan keçmiş prezident Yoon Suk Yeolun sorğu-sual üçün gətirilməsinə məcbur edəcək qərar çıxarıb.

Turkustan.az xəbər verir ki, Yonhap-ın məlumatına görə, Seul Mərkəzi Dairə Məhkəməsi istintaqa rəhbərlik edən xüsusi prokuror Min Çunq-kinin komandasının tələbini təmin edib.

Məhkəmənin qərarına əsasən, bu həftə ikinci dəfə sorğu-sual olunmaq üçün gəlməyən Yoon zorla dindirilmək üçün məhkəməyə gətirilə bilər.

Bu arada Yoonun vəkilləri keçmiş prezidentin səhhəti pisləşdiyi üçün məhkəməyə gələ bilmədiyini iddia ediblər.

3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan edildikdən sonra vəzifəsindən uzaqlaşdırılan və yanvarda həbs edilən keçmiş prezident Yoon Suk Yeol üçün iyulun 9-da ikinci həbs orderi verilib.

Yoon iyulun 10-dan Seul Təcridxanasında saxlanılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ