Türkiyənin Karabükün vilayətinin Safranbolu və Ovacık rayonlarında çərşənbə günü başlayan yanğınlar davam edir.
Turkustan.az xəbər verir ki, 14 kənd boşaldılıb, 613 təsərrüfatda 1006 vətəndaş təxliyə edilib.
CHP millət vəkili Cevdet Akay yanğınlarla bağlı dəstək çağırış edərək: "Karabükü tək buraxmayın. Dövlət qurumları və təşkilatları burada işləyir, amma bu, kifayət deyil; daha çox gücləndirici qüvvə lazımdır. Karabükün hər yeri yanır. Kənd Təsərrüfatı və Meşə Naziri və hökuməti xəbərdar edirik. Burada gücləndirici qüvvələrə ehtiyacımız var. Küləklər hər bölgədə alovlanır"-deyə, bildirib.
Karabük Bələdiyyə Başçısı Özkan Çetinkaya kəndi bürüyən alova girərək sakinlərin təxliyyəsinə kömək edib. Çətinkaya Davutlar kəndində evindən çıxmaq istəməyən qadını "Buranı tərk et, sənin üçün daha yaxşısını edəcəyik" sözünü verərək razı salıb.
Aytən Yaşar/ Turkustan.az