İsrail prezidenti Qəzzaya səfər etdi


İsrail prezidenti İsaak Hersoq 7 oktyabr 2023-cü ildən bəri ilk dəfə Qəzza zolağına səfər edib və İsrail əsgərləri ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Hersoq 7 oktyabr 2023-cü ildən bəri ilk səfəri olan Qəzzada İsrail əsgərləri ilə görüşüb. İsrailin Qəzzada beynəlxalq hüquqa uyğun hərəkət etdiyini vurğulayan Hersoq, İsrailli məhbusların azad edilməsi üçün davam edən səylərə toxunub.

"Siz girovlarımızı geri qaytarmaq üçün mübarizə aparırsınız, bu, ən mühüm vəzifədir. Sizin və Zolaqda döyüşən hər kəsin hərəkətləri sayəsində hazırda gərgin danışıqlar gedir. Girovlarımızı evə gətirəcək sizsiniz", - Hersoq deyib.

Qəzzada ABŞ və İsrailin dəstəklədiyi sözdə Qəzza Humanitar Yardım Vəqfini (GHF) da ziyarət edən Herzoq: "Biz burada beynəlxalq hüquqa uyğun hərəkət edirik və humanitar yardım göstəririk" dedi. O, İsrail ordusunun yardım gözləyən dinc əhaliyə atəş açdığını təkzib edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ