ABŞ Fransanın Fələstin dövlətini tanımaq qərarını rədd edir


ABŞ dövlət katibi Rubio X hesabında verdiyi açıqlamada Fransanın qərarını tənqid edib.

Turkustan.az xəbər verir ki, Rubio açıqlamasında bildirib: “ABŞ (Fransa prezidenti) Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətinin tanınması planını qətiyyətlə rədd edir”.

Sözügedən qərarın "HƏMAS-ın təbliğatına xidmət etdiyini" müdafiə edən Rubio bu qərarın "7 oktyabrda həyatını itirənlərin üzünə vurulan sillə" olduğunu da iddia edib.

Fransa prezidenti Makron Fələstin dövlətini tanımaq qərarına gəldiyini və sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMGK) bu mövzuda rəsmi açıqlama verəcəyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ