Trampdan Netanyahuya: Vəziyyəti dərhal düzəlt!


Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ prezidenti Donald Trampın İsrailin Suriyanı bombalamasından xəbərsiz olduğunu və hazırlıqsız yaxalandığını bildirib.

Turkustan.az xəbər verir ki, Ağ Ev sözçüsü bildirib ki, Tramp Suriyanın bombalanmasından və Qəzzada kilsəyə hücumdan sonra Netanyahuya zəng edərək, ondan vəziyyəti düzəltməsini istəyib.

Leavitt Suriyada razılaşmanın ABŞ dövlət katibi Marko Rubionun müdaxiləsi ilə əldə edildiyini bildirib.

İsrail ordusu Qəzzada Müqəddəs Ailə kilsəsinə hücum edərək, hadisənin səhv olduğunu iddia edib.
ABŞ-da, bəzi Ağ Ev rəsmilərinin Suriyada Prezident iqamətgahına, Baş Qərargah Qərargahına və Müdafiə Nazirliyinə hücumlardan sonra İsrailin Baş naziri Benyamin Netanyahunun bundan sonra nə edəcəyindən narahat olduqları iddia edilib.

Axios xəbər saytına danışan bəzi Ağ Ev rəsmiləri, getdikcə aqressivləşən Netanyahunu tənqid edərək, onun “dəli kimi davrandığını, daim hər şeyi bombaladığını” deyiblər.

Bir səlahiyyətli, Netanyahunun hərəkətlərinin ABŞ prezidenti Donald Trampın etməyə çalışdığı işlərə xələl gətirə və onun xoş niyyətini sarsıda biləcəyinə diqqət çəkdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ