Ukrayna PUA-ları Rusiyanın hərbi zavodunu vurdu


Ukrayna PUA-ları Rusiyaya məxsus "VNİİR-Proqress" hərbi-sənaye müəssisəsinə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, sözügedən zavodda “Şahid” PUA-ları və "İsgəndər" raketləri üçün nəzərdə tutulan "Kometa" tipli anten qoruyucuları istehsal olunur.

Hücumun təfərrüatı barədə məlumat verilməyib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ