Trampın dünyanı əsəbiləşdirən mahnısı: Məscidə getdim...


İsrail və İran arasında müharibənin 12-ci günündə sona çatdığı bir vaxtda atəşkəsin hələ də qüvvədə olduğu saatlarda ABŞ prezidenti Donald Trampdan çaşqınlıq yaradan video gəlib.

Turkustan.az xəbər verir ki, “TruthSocial” hesabında İrana istinad edən mahnı videosunu paylaşan Tramp “İranı bombala” adlı mahnısında mübahisəli ifadələrə yer verib.

Köhnə mahnıdan uyğunlaşdırılan parçada "Məscidə getdim. Bir neçə daş atacağam. İranı dayanacağa çevirməyin vaxtıdır" kimi sözlər yer alıb.

Trampın bu videonu paylaşmaqla hansı mesajı göndərdiyi maraq doğursa da, hələlik rəsmi qurumlardan mövzu ilə bağlı heç bir açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ