İranın xarici işlər naziri Abbas Erakçi Moskvaya səfər edib.
Turkustan.az xəbər verir ki, Rusiya xəbər agentliklərinə açıqlama verən Zaxarova Erakçinin İstanbuldan Rusiyanın paytaxtı Moskvaya gəldiyini bildirib.
"Biz İranın xarici işlər nazirinin Moskvaya bir sıra görüşlər üçün gəldiyini təsdiq edirik"-deyə, o bildirib.
İranın xarici işlər naziri Erakçi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (İƏT) İstanbulda keçirilən 51-ci Sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında ABŞ-ın İrandakı 3 atom elektrik stansiyasına hücumu ilə bağlı açıqlamalar verib.
İranlı nazir: "Bu gün günortadan sonra Moskvaya gedirəm. Sabah səhər prezident Putinlə görüşüm olacaq. Rusiya İranın dostudur. İki ölkə arasında strateji tərəfdaşlıq var. Biz həmişə bir-birimizlə məsləhətləşirik, mövqelərimizi koordinasiya edirik" demişdi.
Erakçinin Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşü gözlənilir.
Aytən Yaşar/ Turkustan.az