Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”- Tanınmış astroloq


“Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı aparılan etiraz aksiyaları yaxın 2 ay ərzində səngiyəcək”.

Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib. Onun proqnozuna əsasən, bütün ermənilərin katolikosu II Qareginin həmlələri də Paşinyanı zəiflədə bilməyəcək:

“Əslində Nikol Paşinyanın və II Qareginin arxasında kimin dayandığına baxmaq lazımdır.

Paşinyanın arxasında xalq və demokratik düşüncəli dövlətlər dayanır. Onun iqtidarda olması da üstünlükdür. Çünki dövlətlə dövlətçilik etmək olmur. II Qareginin isə zamanındakı təxribatçı çağırışları nəticəsində Ermənistan ciddi itkilər verdi. Yəni erməni xalqı və dünya hər şeyi aydın görür”.

Astroloq diqqətə çatdırıb ki, erməni xalqı kilsəyə deyil, Paşinyana inanır:

“İkinci Qarabağ müharibəsində Ermənistan çox böyük itkilər verməsinə baxmayaraq, erməni xalqı yenə də Nikol Paşinyanı seçdi.

Çünki Paşinyanın cəhdlərinin onların xilasına yönəldiyini görürlər. O, erməni xalqının Azərbaycan və Türkiyə başda olmaqla, regiondakı dövlətlərlə sülh şəraitində azad şəkildə yaşamalı olduğunu deyir. Buna görə də ermənilər ona etimad göstərirlər”.

Səbuhi Rəhimlinin sözlərinə görə, proses Paşinyanın qələbəsi ilə yekunlaşacaq:

“Erməni xalqı təxribatçı kilsənin oyunlarına getməyəcək. Prosesin yaxın 2 ay ərzində yekunlaşacağını proqnozlaşdırıram. Ona qədər məsələ bitəcək.

Sonda Nikol Paşinyan qalib gələcək. Hətta II Qareginin kilsədən kənarlaşdırılması da mümkündür. Amma kilsə əl çəkən deyil. Yəqin ki, yenə də haradansa maliyyə tapacaqlar. Lakin kilsənin Paşinyanın devirmək iqtidarında olmadığı aydın şəkildə görünür”.


MANŞET XƏBƏRLƏRİ