Şahın oğlu konqresmenlərlə görüşdü: İranda hakimiyyət dəyişir


İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin böyük oğlu artıq ABŞ Konqresinin üzvləri ilə görüşür və ölkədə hakimiyyət dəyişikliyi olacağı təqdirdə keçid planını müzakirə edir.

Turkustan.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, müzakirələr İranın ruhani lider Ayətullah Əli Xameneinin hakimiyyətdən mümkün gedişindən sonra inkişaf ssenarilərinə aiddir.

İranın münaqişədən sonrakı tənzimləməsinin planlaşdırılması artıq aparılır”, - “Fox News” vurğulayır.

Rza Pəhləvi 1960-cı ildə Tehranda anadan olub, 1967-ci ildə vəliəhd titulunu alıb və atası Məhəmməd Rza Pəhləvi öldükdən sonra taxt-taca oturmalı idi. Lakin 1979-cu il İslam inqilabı nəticəsində İranda monarxiya devrildi və sonuncu şahın ailəsi varislə birlikdə ölkəni tərk etməli oldu. 1980-ci ildə atasının ölümündən sonra sonuncu şahın övladları arasında ən böyüyü olan Rza Pəhləvi Pəhləvi ailəsinə başçılıq edir. Hazırda o, ABŞ-da yaşayır. /Publika.az/


MANŞET XƏBƏRLƏRİ