İranı vuran "Sığınacaq Ovçusu" 36 saat sonra ABŞ-a endi: Tramp təşəkkür etdi


Müharibəyə 10-cu gündə girən ABŞ B-2 ağır bombardmançı təyyarələri İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərini vurdu.

Turkustan.az xəbər verir ki, dünyanı təşvişə salan əməliyyatla İranın nüvə proqramını məhv etdiyi iddia edilən "bunker qatili" B-2 gizli bombardmançı təyyarələri 36 saat havada gəzdikdən sonra ABŞ-ın Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasına enib.

ABŞ prezidenti Donald Tramp Truth sosial media hesabından verdiyi açıqlamada İrana hava hücumunda iştirak edən B-2 bombardmançılarının Missuri ştatına salamat eniş etdiyi barədə məlumatı paylaşıb. ABŞ pilotlarına müraciət edən Tramp: “Yaxşı iş gördüyünüzə görə sizə təşəkkür edirəm” deyib.

Bildirilib ki, İranı vuran B-2 stels bombardmançı təyyarəsinin pilotları 36 saatlıq uçuş zamanı növbə ilə yatıblar. Kokpitdə tualet, qəlyanaltılar, mikrodalğalı soba və soyuducu olduğu öyrənilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ