Yaxın Şərqi alovlanmaya çevirən müharibə şiddətlənməkdə davam edərkən, İran öz vətəndaşlarını WhatsApp mesajlaşma proqramını dərhal silməyə çağırıb.
Turkustan.az xəbər verir ki, tətbiqin istifadəçilərin şəxsi məlumatlarını və məkan qeydlərini İsrailə ötürdüyünü iddia edən Tehran rəhbərliyinə WhatsApp yazılı açıqlama ilə cavab verib.
WhatsApp məsələ ilə bağlı açıqlama verərək: "Belə yalan iddialar xidmətlərimizi bloklamaq üçün bəhanə ola bilər. Bununla belə, ictimaiyyətin bu xidmətə hər zamankindən daha çox ehtiyacı var."
“WhatsApp” həmçinin “Biz sizin yerinizi izləmirik, sizə kimin mesaj göndərdiyini qeyd etmirik və şəxsi mesajların qeydlərini saxlamırıq” deyib.
Meta çətiri altındakı proqram uçdan-uca şifrələmə sistemi ilə işləyir. Bu sistemdə göndərilən mesajı yalnız göndərən və qəbul edən şəxs görə bilir. Hər hansı üçüncü tərəf, o cümlədən xidmət təminatçıları bu mesajın məzmununu oxuya bilməz.
Aytən Yaşar/ Turkustan.az