MOSSAD-dan SENSASİON açıqlama: İranda komandirlərini bir yerə yığıb…


“Gecə kəşfiyyat departamentimiz SEPAH Hərbi Hava Qüvvələrinin yüksək rütbəli komandirlərinin İsrailə hücuma hazırlaşmaq üçün qərargahda toplandıqlarını öyrəndik”.

Turkustan.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında qeyd olunub.

Məlumata görə, bu zaman israil qırıcıları qərargahı vurub və nəticədə orada olan İran ordusunun yüksək rübtəli şəxsləri həlak olublar. Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə də sözügedən iclasda olub. İHA bölməsinin komandiri Tahir Por və müdafiə qüvvələrinin komandanı Davud Şahin də toplantıya qatılan və öldürülən şəxslər arasındadırlar.

MOSSAD-ın məlumatına görə, SEPAH nümayəndələrinin qərargaha toplandığına dair məlumat əldə edildikdən sonra İsrail dfərhal hərəkətə keçib. Həmin şəxslərin olduqları yerdən uzaqlaşmaması təmin edilib və hamısı eyni anda vurulub./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ