İsraildə keçirilən sorğu nəticəsində məlum olub ki, respondentlərin 57 faizi erkən seçkiləri dəstəkləyir.
Turkustan.az xəbər verir ki, İsraildə yayımlanan Kanal 12 televiziyasının keçirdiyi sorğunun nəticələri açıqlanıb.
Görünüb ki, növbədənkənar seçkilərin tərəfdarı olanların 88 faizi müxalifət partiyalarının seçiciləri, erkən seçkilərə qarşı çıxanların isə 60 faizə yaxını, 31 faizlə hakim koalisiya tərəfdarlarıdır.
Bu gün seçkilər keçirilsəydi, İsrailin keçmiş baş naziri Naftali Bennetin partiyası 120 yerlik parlamentdə 24 yerlə birinci olacaqdı.
Baş nazir Benyamin Netanyahunun Likud partiyasının 22 mandat qazanacağı proqnozlaşdırılır.
Aytən Yaşar/ Turkustan.az