“Fransa aylar əvvəl Sünik vilayətinin (Zəngəzur – red.) Gorus bölgəsində konsulluq açmaq istədiyini bəyan etdi. Parisin bu arzusu yaxın günlərdə reallaşacaq”.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Zəngəzurda konsulluq açmaq fikrini ilk dəfə Rusiya bəyan etsə də, Fransaya qismət olub:
“2023-cü ildə Moskva Sünikdə belə bir addım atmaq istədiyini açıqladı. Lakin Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə buna mane oldu. Fransa isə sadəcə aylar əvvəl bu niyyətini bəyan etmişdi və yaxın günlərdə həyata keçiriləcək. İyunun 2-də Gorusda Fransa-Ermənistan konfransı baş tutacaq. Elə konsulluğun açılışı da o tarixdə olacaq. Fransız dilli QHT sədrlərindən olan Karmen Apunts da konsul təyin olunacaq. Fransanın buradakı yeni mərkəzi Qərb üçün hərbi və kəşfiyyat məqsədlərinə xidmət edəcək”.
Qeyd edək ki, ötən gün İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Jan-Noel Barro Zəngəzurda konsulluq açılacağını bildirib./Globalinfo.az