Papanın Türkiyə vəsiyyəti ölkəni qarışdırdı – Atatürk qadağan etmişdi, 100 il sonra…


Yeni Papa XIV Leonun Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək məqsədilə yaxın zamanda Türkiyəyə səfərinin planlandığı açıqlanıb. Məlumata görə, mərhum Papa Fransisk ölümündən əvvəl xələfinin sözügedən tədbirə getməsini vəsiyyət edib.

Turkustan.az bildirir ki, bu məsələ Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb.

Bir qisim səfərin ölkə iqtisadiyyatı və turizmə müsbət təsir edəcəyini desə də, əksini düşünənlər də az deyil. İddialara görə, hələ 1925-ci ildə şuranın 1600-cü ildönümün qeyd olunması planlanıb və o dövrün Papasının İznikə səfəri nəzərdə tutulub. Lakin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk orada baş tutacaq ayinin din üzərindən siyasi mesaj məqsədi daşıdığını bildirərək səfərə qarşı çıxıb və icazə verməyib. Hətta orada yerləşən və tədbirin təşəbbüskarı olan Fənər Rum Kilsəsini “xəyanət yuvası” adlandırıb.

Hazırda da ölkədə eyni yanaşma ilə bağlı ciddi fikir ayrılıqları müşahidə olunur. Türkiyə KİV yazır ki, İznikdə vaxtilə qədim tarixə malik bir kilsə yerləşib. İlk dəfə burada İsa Məsihin tanrının oğlu olduğuna qərar verilib. Ona görə də İznikin xristianlar üçün xüsusi əhəmiyyət daşıdığı qeyd edilir.

Maraqlıdır ki, Türkiyənin pravoslav xristian icmasının bəzi üzvləri də səfərin ölkə üçün müsbət hadisə olmadığı qənaətindədirlər. Hətta bəzi ictimai qrupların buna etiraz etmək üçün müxtəlif ərazilərdə aksiya planladığı deyilir.

Lakin Papanın ilk xarici səfərini Türkiyəyə etməsini prestij baxımında mühüm hadisə hesab edənlər etiraz bildirənlərə qarşı çıxırlar. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ