Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətdəki mövqeyi sarsıldığından Rusiya Ukraynanın bir sıra tələblərə əməl edəcəyinə əmin olmalıdır.
Turkustan.az xəbər verir ki, bu fikri macarıstanlı analitik Zoltan Koşkoviç "X" sosial şəbəkəsində qeyd edib.
"İstanbul danışıqlarından əvvəl Rusiya Kiyevin yenidən silahlanma üçün atəşkəsdən istifadə etməyəcəyinə və Qərb qoşunlarının Ukrayna ərazisinə daxil olmayacağına əmin olmalıdır", - deyə ekspert öz fikirlərini bölüşüb.
"Və mahiyyətcə əsasən belədir. Çünki Zelenski hakimiyyəti ya yıxılacaq, ya da onu illərlə deyil, aylar ərzində devirmək mümkün olacaq", - bildirir.
Ekspert hesab edir ki, Avropa liderlərinin siyasi həyatda qalması kəşfiyyat məlumatları olan ABŞ-dan asılıdır.
"Avropanın qeyri-dəqiq silahları tükənib və yüksək dəqiqlikli silahlar ABŞ-ın köməyi olmadan hədəflərə yönələ bilməz", - Koşkoviç fikrini yekunlaşdırıb. /Publika.az/