Tramp Səudiyyə Ərəbistanında: 1 trilyonluq görüş


ABŞ prezidenti Donald Tramp ikinci müddətinin ilk körfəz turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edib.

Turkustan.az xəbər verir ki, Tramp dörd gün ərzində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Trampın Yaxın Şərq turnesi çərçivəsində cümə axşamı İstanbula səfər etməsi də mümkündür.

Trampın Səudiyyə Ərəbistanına ilk rəsmi dövlət səfəri zamanı Səudiyyə Ərəbistanı Kral Məhkəməsində vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü və Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda iştirak edəcəyi gözlənilir.

Trampın səfəri zamanı ikitərəfli və regional ticarət, siyasi və hərbi məsələlər müzakirə olunacaq.

ABŞ mətbuatının yazdığına görə, Tramp Səudiyyə Ərəbistanından 1 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır, Səudiyyə administrasiyası isə 600 milyard dollar investisiya vəd edir.

Səfər zamanı ABŞ və Səudiyyə Ərəbistanı arasında mühüm ticarət və silah müqavilələrinin imzalanması gözlənilir.

Trampı səfərdə onun yaxın müttəfiqi SpaceX, X və Tesla CEO-su və dünyanın ən zəngin adamı İlon Mask da daxil olmaqla çoxlu sayda amerikalı iş adamı müşayiət edir. Tramp və komandası əvvəlcə Səudiyyə-ABŞ İnvestisiya Forumunun keçirildiyi Ər-Riyada, daha sonra çərşənbə günü Qətərə, cümə axşamı isə Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ