Bərzanidən "PKK" şərhi: Ərdoğanın səyləri böyükdür


İraq Kürdüstan Regional Rəhbərliyinin (KRB) sədri Neçirvan Bərzani terror təşkilatı PKK-nın ləğvi və tərksilah edilməsi qərarından məmnunluğunu ifadə edib.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Bərzaninin yazılı açıqlaması KRG sədrliyi tərəfindən paylaşılıb.

Açıqlamada terror təşkilatı PKK-nın silahı yerə qoyaraq özünü dağıtma qərarı alqışlanıb və bu qərarın “taleyi təyin edən addım” kimi qiymətləndirildiyi qeyd edilib.

Bəyanatda KRH-nin həmişə olduğu kimi mübahisələrin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcəyi bir daha vurğulanıb və əlavə edilib: "Ümid edirik ki, bu addım tam həll üçün dönüş nöqtəsi olacaq. Bu tarixi fürsətin uğuru üçün hər cür dəstək və yardımı göstərməyə tam hazır olduğumuzu vurğulamaq istərdik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ