Hindistan Silahlı Qüvvələri Pakistan Ordusunun hava zərbələri nəticəsində 5 hərbi bazasının zədələndiyini etiraf edib.
Turkustan.az xəbər verir ki, bu barədə Hindistan Ordusunun rəsmi nümayəndəsi polkovnik Sofiya Qureşi məlumat verib.
Polkovnik Pakistanın cavab hücumları zamanı Hindistanın 26-dan çox hərbi obyektini hədəfə aldığını deyib.
Xatırladaq ki, Pakistan Silahlı Qüvvələri bundan əvvəl Hindistan Ordusunun Cammu və Kəşmir bölgəsindəki aviabazalarının məhv edildiyini açıqlamışdı.
Mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Buna cavab olaraq Pakistan “Bənyan ül-Marsus” adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib./teleqraf