ABŞ nüvə sazişi ilə bağlı İrana yeni şərt qoydu


ABŞ dövlət katibi Marko Rubio İranla nüvə sazişinin bağlanması üçün şərtlərdən birini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə o, “Foks Nyus” kanalında danışıb.

“Əgər İranın hakimiyyət orqanları dinc nüvə enerjisi istəyirlərsə, istənilən növ müfəttişlərin müvafiq obyektlərə daxil olmasına icazə verməlidirlər. Bura amerikalı müfəttişlər də daxildir”, – Rubio deyib.

Qeyd edək ki, aprelin 30-da İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, ABŞ-la danışıqların növbəti mərhələsi mayın 3-də İtaliyanın paytaxtında keçirilməlidir. Lakin ertəsi gün tərəflər Vaşinqton və Tehran nümayəndələri arasında görüşün təxirə salındığını elan ediblər. Vəziyyəti şərh edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi qərarın logistik səbəblərə görə verildiyini bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ