Putin və Trampın Zelenskiyə şərti: Sülhdən 30 gün sonra… – Dubinski


“Rusiya və ABŞ artıq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair razılığa gəliblər. Kiyevdən tələb olunan yalnız müəyyən sənədlərin imzalanmasıdır”.

Turkustan.az xəbər verir ki, bu fikirləri Ali Radanın deputatı Aleksandr Dubinski deyib.

“Onlar saat mexanizmi kimi işləyirlər: əvvəlcə, faydalı qazıntılar üzrə saziş imzalanır, ardınca isə barışıq əldə olunur. Biz sadəcə onlardan imza və ratifikasiya tələb edirik”, -deyə qeyd edib.

Deputat həmçinin Ukrayna lideri Volodimir Zelenskinin tezliklə vəzifəsini tərk edəcəyini deyib:

“Proses sülh sazişinə ilk imzaların atılmasından 30 gün sonra baş verəcək. Bu, ABŞ və Rusiyanın şərtlərindən biridir”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ