İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqdə Prezident Sarayı yaxınlığındakı hədəfi vurduğu bildirilir.
Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katz Suriyaya hücumla bağlı birgə bəyanat veriblər.
Açıqlamada druz qruplarının Suriya hökumətinə bağlı təhlükəsizlik qüvvələrinə qarşı hücumları ilə başlayan qarşıdurmalara toxunaraq: "Dəməşqdə Prezident Sarayı yaxınlığındakı hədəfə hücum həyata keçirdik. Dürzilərə qarşı hər hansı təhdidlərə icazə verməyəcəyik" deyib.
Paytaxt Dəməşqin cənubuna heç bir qüvvənin yerləşdirilməsinə icazə verilməyəcəyi vurğulanan açıqlamada: "Bu, Suriya rejiminə açıq bir mesajdır. Dürzi icması üçün heç bir təhlükəyə icazə verməyəcəyik" ifadələri işlədilib.
Aytən Yaşar/ Turkustan.az